Ukraynanın nüvə silahı əldə edə biləcəyi istisna olunmur. Bununla belə, son nəticədə bu qərar tamamilə ABŞ prezidenti Donald Trampdan asılıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Geqset 13 fevral, cümə axşamı Breitbart News-a verdiyi müsahibədə bildirib.
4 fevralda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, onun ölkəsinə NATO-ya üzvlük və ya növbəti Rusiya işğalından təhlükəsizlik zəmanəti kimi nüvə silahı təklif edilməlidir. Xüsusilə o qeyd edib ki, əgər NATO-ya qoşulmaq "illər və ya onilliklər" çəkəcəksə, "onda qoy bizə nüvə silahı versinlər".
Geqset buna cavab olaraq deyib:
"Mən buraya açıq və ya nəzərdən keçirilməmiş bir şey elan etmək üçün gəlməmişəm. Bu, mənim işim deyil. Bu, prezidentin işidir. O liderdir, danışıqlar ustası və müqavilə tərtibçisidir", - deyə o bildirib.
O əlavə edib: "Bəzilərimiz orada müəyyən şərtlər yaratmağa kömək etmək üçün çalışırıq ki, bu da sazişin daha mümkün olmasını təmin edə bilər və mən burada, NATO kontekstində, məhz bunu etməyə çalışırdım".
Alpər
Şərhlər