Xəbər lenti

ABŞ açıqladı: Azərbaycan 2020-ci ildə nə qədər neft hasil edəcək?
Ekonomiks07:28 15.12.2019

ABŞ açıqladı: Azərbaycan 2020-ci ildə nə qədər neft hasil edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) dekabr ayında enerji bazarının icmalında dərc edilmiş proqnoza görə, 2019-cu ildə Azərbaycanda neft və kondensat hasilatı gündə orta hesabla 0,79 milyon barel təşkil edəcək.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, EIA-nın proqnozlarına görə, 2019-cu ilin dördüncü rübündə hasilatın gündə 0,76 milyon barel olacağı gözlənilir.
Azərbaycanda neft və kondensat hasilatının 2020-ci il üçün rüblük proqnozu belədir: 2020-ci ilin birinci və ikinci rüblərində gündə 0.77 milyon barel və 0.76 milyon barel, üçüncü və dördüncü isə gündə 0.75 milyon barel.
EIA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatının həcmi gündə 0,81 milyon barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri Light" markalı yüngül neft hasil edən "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun payına düşür.