İdman 15:12 25.04.2023

Şahmatçımız dünya çempionatında ikinci oldu

Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub.
 
Qaynarinfo-nun mlumatına görə, Azərbaycan təmsilçisi Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında dünya çempionatının gümüş medalını qazanıb.
 
Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb. Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.
 

 
Səbuhi Həsənov