Dünya 17:27 10.03.2024

Ankradada Ukrayna danışıqları başlayır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasında martın 25-də Ankarada Ukrayna ilə bağlı danışıqlar barədə məlumat yoxdur.

Qayanrinfo xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının nümayəndəsi "RİA Novosti"yə bildirib.

"Bizim belə məlumatımız yoxdur. Türkiyədə sülh danışıqlarının aparılmasına hazır olması rəsmi səviyyədə dəfələrlə bəyan edilib", deyə mənbə agentliyə bildirib.

Martın 10-da sosial şəbəkələrdə Türkiyə mediasına istinadən xəbərlər yayılıb ki, Ankaranın vasitəçiliyi ilə Ukrayna üzrə sülh danışıqları martın 25-də başlaya bilər.

Aydın