Xəbər lenti

Sənət 23:17 11.10.2023

"Apple" Di Kaprio bir filmə görə 25 milyon dollar ödədi

Hollivud kino ulduzu Leonardo DiKaprio "Apple TV+” serialının "Killers of the Flower Moon” filmindəki roluna görə şirkətdən ən azı 25 milyon dollar qonorar alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb

Jurnalistlərin fikrincə, "Killers of the Flower Moon" filminin ümumi büdcəsi 200-250 milyon dollar təşkil edib. Rejissor Martin Skorsezenin yeni filmi "Apple TV+" tarixində ən bahalı layihə olub.

Filmin premyerası 20 oktyabr 2023-cü ildə baş tutacaq. Ekran işi 10 mindən çox kinoteatrda nümayiş olunacaq. Bundan ən azı 45 gün sonra "Killers of the Flower Moon” "Apple TV+"də görünəcək.

"Bloomberg" qeyd edir ki, "Apple"ın qarşıdan gələn digər potensial hit filmləri də oxşar şəkildə təqdim olunacaq: Ridli Skottdan "Napoleon” və Metyu Vondan "Argyle”.

"Killers of the Flower Moon” David Qrannın eyniadlı kitabı əsasında çəkilmiş trillerdir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->