Xəbər lenti

"Aqroservis"in regional bölməsinin direktoru həbs edilib (FOTO)
Ekonomiks12:30 24.01.2025

"Aqroservis"in regional bölməsinin direktoru həbs edilib (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Aqroservis" ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb. 
Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib. 
Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib. 
"Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub. 
Qeyd edək ki, hazırda "Aqroservis" ASC-nin sədri Mehman Veysəlovdur. 
Əhməd