Xəbər lenti

Ekonomiks 17:05 25.08.2025

"Asko" LTD Ataçayın məcrasını dəyişdi - Şirkət rəsmisi cərimələndi

Azərbaycanda çayın məcrasını dəyişən şirkət rəsmisi cəzalandırılıb. 

Qaynarinfo-nun məlumatına görə, "Asko" LTD şirkətinə məxsus Siyəzən rayonunun Beşdam kəndində yerləşən qum-çınqıl karxanasında yoxlama aparılıb. Proses Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.

Məlum olub ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən "Asko" LTD-yə məxsus qum-çınqıl karxanası tərəfindən icazə sənədi olmadan Ataçay çayının məcrası dəyişdirilərək, nasos qurğusu ilə su götürülüb. Daha doğrusu, nəzarət tədbirləri zamanı sözügedən çayın məcrasına müdaxilə edilməklə süni yolla dəyişdirildiyi, çayın suyunun torpaq məcralı arx vasitəsi ilə əvvəlcə süni yaradılmış su hövzəsinə, oradan isə nasos qurğusu vasitəsi ilə diametri 100 mm olan plastik boru ilə sexin ərazisində yerləşən xammalın, yəni, qum və çınqılın yuyulma hissəsinə ötürüldüyü aşkar edilib. 

10 avqust 1961-ci il tarixdə Kəlbəcər rayonunun Laçın kəndində doğulan, "Asko LTD" şirkətində sex rəisi vəzifəsində işləyən D.G.-ya İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə protocol tərtib olunub. Məhkəmənin qərarı ilə o, 1500 manat cərimə edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->