XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avtomobil Yollarının Mühafizə Xidmətində əməliyyat: Daha bir məmur saxlanıldı (ÖZƏL)
Ölkə11:02 21.06.2022

Avtomobil Yollarının Mühafizə Xidmətində əməliyyat: Daha bir məmur saxlanıldı (ÖZƏL)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub. 
Əməliyyat çərçivəsində "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb. 
Hazırda "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.
Əhməd