Xəbər lenti

Ayda pas əmələ gəlir: Alimlər səbəbini açıqladı
Dünya 23:45 29.09.2025

Ayda pas əmələ gəlir: Alimlər səbəbini açıqladı

Alimlər Ayın səthində gemati­t – yəni dəmir oksidi (pas) aşkar etdikdə böyük təəccüb yaşayıblar. Ayda oksigenin miqdarı çox aşağıdır və belə prosesin baş verməsi mümkün görünmürdü. Yeni araşdırma isə bu sirri izah etməyə çalışır.

Qaynarinfo Phys.org-a istinadən xəbər verir ki, 2020-ci ildə Ayın Yerə tərəf görünən səthində ilk dəfə gəmati­t tapılıb. Mütəxəssislər bunun mümkün səbəbini Yer kürəsinin maqnitosferası ilə əlaqələndiriblər. Belə ki, hər ay təqribən beş gün ərzində Yer Günəşlə Ay arasında yerləşir və həmin vaxt Yer atmosferinin zərrəcikləri Ayın səthinə çata bilir. Bu hadisə "yer küləyi” adlanır.

Alimlər Ayda tapılan dəmir tərkibli mineralları – metal dəmiri, dəmir sulfidini və ilmeniti – laboratoriyada oksigen və hidrogen ionları ilə şüalandırıblar. Nəticədə məlum olub ki:

* oksigen ionları bu mineralları oksidləşdirərək gəmati­t yarada bilir;
* yüksək enerjili hidrogen ionları isə əksinə, gəmati­ti yenidən metal dəmirə çevirə bilər;
* zəif enerjili hidrogen ionları isə bu prosesdə təsirsiz qalır.

Beləliklə, Ayın səthində pasın əmələ gəlməsi oksigen və hidrogen axınlarının gücü və nisbətindən asılıdır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, Ayın torpaq qatında (reqolitdə) olan xırda dəmir mineralları yer küləyi vasitəsilə birbaşa oksidləşməyə məruz qala bilər. Bu zaman yaranan pas optik spektrometriya ilə asanlıqla aşkar olunur.

Eyni zamanda, alimlər xəbərdarlıq edirlər ki, laboratoriya şəraiti Ay mühitini tam əks etdirmir, buna görə də proseslər orada daha mürəkkəb ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->