Foto 11:16 31.12.2021

Azərbaycan rəssamı beynəlxalq mükafatlara layiq görüldü (FOTO)

"2021-ci il mənim üçün çox uğurlu  oldu”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış rəssam Sehran Allahverdi 2021-ci ilin yaradıcı yekunlarından danışarkən deyib. 

O, ilin əvvəlində Sakarya Universitetinin keçirdiyi Beynəlxalq sərgidə rəsmlərinin sərgiləndiyini bildirib: 

"Qeyd edim ki, təqdim olunan əsərlər  dünyanın 14 ölkəsinin iştirak etdiyi Jüri dəyərləndirilməsdən sonra sərgidə yer aldı və bu nüfuzlu Universitet mənim Xocalı və Şimali Kipr Türk  Respublikasına həsr etdiyim "Qardaş ovcu” əsərlərimi dünyaya sərgilədi.   

İlin sonunda isə "Elbistan Gündem Haber”dən "İlin Rəssamı" adını  alldım və "Gümüş Tabak" ödülünə layiq görüldüm.

Hər şeyi sənin adına etdim, dogma Azərbaycanım! 

Qoy bütün illərin uğurlu gəlsin, Azərbaycan!”