Xəbər lenti

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi
İdman05:41 29.11.2024

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Qaynarinfo xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion"a (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.
Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.