Ekonomiks 16:31 01.08.2022

“Azəriqaz”ın baş direktoru vətəndaş qəbulu keçirdi (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir. 

Qaynarinfo xəbər verir ki, vətəndaşların qəbulu məqsədi ilə avqust ayının 1-də Gədəbəy rayonuna gələn "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev  Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev ilə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. 

Sonra 2022-ci ilin avqust ayının şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq  Birliyin baş direktoru  Gədəbəy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edib.

Yaşayış məntəqəsinin qazlaşdırılması, qaz sayğacının quraşdırılması, qapı keçidinin qoyulması və s. ilə bağlı 20 sakini dinləyən Birlik rəhbəri müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstərişlərini verib.

Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, bir qismi isə araşdırılması üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.