Xəbər lenti

Bakıdakı işindən çıxdı, Qarabağ Universitetinə üz tutdu
Sənət 17:20 23.10.2024

Bakıdakı işindən çıxdı, Qarabağ Universitetinə üz tutdu

Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqlayıb. 

Xanəndə bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, Xankəndidə Qarabağ Universitetində çalışır:

"Burada incəsənət fakültəsində dərs deyirəm. Qərar verəndə ki, gedirəm Xankəndiyə hamı təəccübləndi. Soruşdular ki, bu qədər işin, Bakıda universitetdə dərs deyirsən, atırsan hamısını? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".

Qeyd edək ki, E.Hüseynov Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim kimi çalışırdı. //Axşam.az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->