Xəbər lenti

Bakının rayonlarında torpaq sahəsi kəskin bahalaşıb - Qiymət cədvəli
Ekonomiks10:08 08.01.2026

Bakının rayonlarında torpaq sahəsi kəskin bahalaşıb - Qiymət cədvəli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən yurd.media-ya bildirilib.
Qeyd edilib ki, ən böyük artım Səbail və Yasamal rayonlarında qeydə alınıb – 37 faizə yaxın. Nəsimi və Nizami rayonlarında torpaq qiyməti bir il əvvələ nisbətən ¼ dəfə, Nərimanov rayonunda isə 1/5 dəfə qalxıb. Ən  zəif bahalaşma Qaradağ rayonunda olub – 7 faizdən biraz çox.
Hazırda Bakıda ən bahalı torpaq sahəsi Səbail rayonundadır – sotu təxminən 442 min manat, ən ucuz torpaq sahəsini isə Pirallahı rayonunda almaq olar – sotu 10 min manata.