Xəbər lenti

İdman 23:12 16.10.2023

Balotelli onu tənqid edən İbrahimoviçə bu foto ilə cavab verdi (FOTO)

İtaliya millisinin sabiq futbolçusu, hazırda Türkiyədə "Adana Demirspor"un formasını geyinən Mario Balotelli onu tənqid edən məşhur isveçli hücumçu Zlatan İbrahimoviçə cavab verib.

Qaynarinfo-nun məlumatına görə, İbrahimoviç bu həftənin əvvəlində keçmiş komanda yoldaşı haqqında, "İstedadından maksimum yararlanmaq üçün imkanları olduqda və onları əldən verdikdə, bu, təəssüf doğurur. Balotellinin çoxlu imkanları var idi və o, hamısını əldən verdi. O, sadəcə olaraq istedadını itirib. Bu, həqiqətdir. Yalnız bir şansa sahib olmaq istəyənlər o qədər çoxdur ki. Ancaq o, bütün imkanları əldən verib".

Hazırda Türkiyənin "Adana Dəmirspor” klubunda çıxış edən Balotelli İnstaqram hesabında Çempionlar Liqasında qələbəsini qeyd edərkən çəkilmiş fotosunu yerləşdirib və üzərinə İbrahimoviçi işarələyib.

İbrahimoviç Balotellidən fərqli olaraq karyerası ərzində heç vaxt Çempionlar Liqasının qalibi olmayıb.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->