Xəbər lenti

Baltik dənizində indiyədək görünməmiş anomaliya qeydə alındı
Dünya 14:24 07.02.2026

Baltik dənizində indiyədək görünməmiş anomaliya qeydə alındı

Baltik dənizində su səviyyəsi 1886-cı ildən aparılan müşahidələr tarixində ən aşağı səviyyəyə düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Leibniz adına Baltik Dənizi Tədqiqatları İnstitutu (Almaniya) məlumat yayıb

Alimlər bildiriblər ki, Baltikdə su səviyyəsi çoxillik orta göstəricidən 67,4 sm aşağı düşüb. Belə göstəricilər elm adamlarının 150 illik müşahidələri ərzində qeydə alınmayıb. Hesablamalara görə, dəniz təxminən 275 km³ su itirib ki, bu da onun ümumi həcmindən 1%-dən çox deməkdir.

Mütəxəssislərin fikrincə, bu fenomen güclü şərq küləkləri ilə izah olunur. Bu küləklər bir neçə həftədir suyu qərbdəki boğazlar vasitəsilə Atlantik okeanına itələyir.

Alimlər hesab edirlər ki, proses Baltik dənizi üçün ümumilikdə faydalıdır. Onların sözlərinə görə, külək Atlantikə Baltik üçün xarakterik olan isti, az duzlu suyu aparıb. Küləklər sakitləşəndə isə daha soyuq, duzluluğu yüksək və oksigenlə zəngin su əks istiqamətdə axacaq. Bu isə Baltik dənizinin biokimyəvi vəziyyəti üçün faydalıdır: sudakı mikrobların sayı azalacaq və balıqlar üçün yaşayış şəraiti yaxşılaşacaq.

Aydın

--> -->