Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların pozulmasını şərh edərkən, diplomatik təşəbbüslərə mane olmaq niyyətində olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.
"Mənim məqsədim diplomatik təşəbbüslərə mane olmaq deyildi. Əlbəttədə ki, yox. Biz Rusiya-Ukrayna danışıqlarında birbaşa iştirak etməmişik. Mən yalnız həqiqətən inandığımı dedim. Əgər ukraynalılar qəhrəmancasına döyüşmək qərarına gəlsəydilər, 1991-ci il sərhədlərinə olan hüquqlarını müdafiə etmək istəsəydilər, Britaniya hökumətinin siyasəti onları dəstəkləmək olardı”, deyə Conson bildirib.
O, Londonun Ukraynaya qoşun göndərmədiyini xatırladıb, çünki onun imkanları həmin vaxt məhdud olub. Eyni zamanda, keçmiş baş nazir Britaniyanın Kiyevə silahla kömək etdiyini xatırladıb.
2022-ci ilin martında İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb və bu danışıqlarda mümkün sülh sazişinin konturları müəyyən edilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski daha sonra bəyan edib ki, Ukraynadan bütün növ kütləvi qırğın silahlarının istehsalı və yerləşdirilməsindən imtina etməklə neytral, bloklara qoşulmamaq və qeyri-nüvə statusu əldə etmək istəyini təsdiqləyən yazılı təkliflər alınıb.
2023-cü ilin noyabrında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia Ukraynada hərbi əməliyyatların 2022-ci ilin yazında başa çata biləcəyini söyləyib, lakin Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevi Rusiya Federasiyası ilə hər hansı müqavilə imzalamaqdan çəkindirib.
Aydın
Şərhlər