Xəbər lenti

İdman 11:51 22.01.2024

Braziliyalı əfsanə onun rekordunu qıran həmkarını təbrik etdi

Türkiyə Superliqasının 21-ci turu çərçivəsində "Qalatasaray"a 5:1 hesabı ilə uduzan "Trabzonspor"un futbolçusu Edin Viska çempionat tarixində ən çox məhsuldar ötürmə edən futbolçu ünvanına yiyələnib.

Qaynarinfo-nun məlumatına görə, bosniya və hersoqovinalı legioner 109 məhsuldar ötürmə ilə "Fənərbağça”nın əfsanəsi Aleks De Souzanı (108 ötürmə) geridə qoyub.

Braziliyalı futbolçu isə onun rekordunu qıran Viskanın uğuruna biganə qalmayıb. Belə ki, "Trabzonspor"un futbolçusunun şəklini İnstaqramda paylaşan Souza onu təbrik edib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->