Xəbər lenti

Video 11:25 17.02.2025

"Bu gün babam öldü, amma səhnəyə çıxdım" (VİDEO)

"İctimai TV”də yayımlanan "Səs Azərbaycan” müsabiqəsində kövrək anlar yaşanıb.

Qaynarinfo xəbər verir ki, iştirakçı Nofəl Aslanov babasının ölümünə baxmayaraq, səhnəyə çıxıb.

"Bu sabah məni böyüdən babam vəfat etdi. Səhərə qədər məsciddə olmuşam. Buna baxmayaraq, indi səhnədə mahnı oxudum”, - deyə o bildirib.

Qeyd edək ki, Nofəl "Ay gecikən məhəbbətim” mahnısı ilə yarışıb. Müsabiqə zamanı Xalq artisti Zülfiyyə Xanbabayevanı seçib.

Qeyd edək ki, N. Aslanov ikinci dəfədir "Səs Azərbaycan”da iştirak edir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->