Xəbər lenti

Dünya 09:21 02.08.2023

Bu ölkədə prezidentə qarşı istintaq başladı

Kosta-Rika prokurorları prezident Rodriqo Çaves və bir neçə hökumət üzvü ilə bağlı araşdırmalara başlayıb. Onlar "nüfuz alveri"ndə şübhəli bilinirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə AFP ölkə prokurorluğuna istinadən məlumat yayıb.

AFP-nin məlumatına görə, iş "CR Hoy" media qrupunun direktorlar şurasının üzvü Leonel Baruçun şikayətindən sonra açılıb. İş adamı Rodriqo Çavesi və digər rəsmiləri onun boşanma prosesinə qarışmaqda, keçmiş həyat yoldaşı ilə uşaqların qəyyumluğu məsələsinə müdaxilədə ittiham edib.

Leonel Baruçun sözlərinə görə, keçmiş arvadı ölkə hökuməti üçün sosial şəbəkələrdə yayımlanan videoçarxda rol aldığına görə hakimiyyət tərəfindən müdafiə olunur.

Kosta-Rika qanunlarına görə, bu kimi hallara görə 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İyulun əvvəlində Rodriqo Çavesə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılmışdı. AFP-nin məlumatına görə, Çaves Avropa İttifaqı sammitində iştirak etmək üçün səfəri zamanı həyat yoldaşının doğulduğu Latviyaya səfər edib. Amma prezidentin xərclərini planlaşdırarkən Latviyaya səfər nəzərdə tutulmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?