Sənət 11:52 08.01.2024

Cavanşir Quliyev: “Bəlkə, Aygünü musiqiyə nahaq gətirdim...”

"Biz ən böyük sənətçilərimizdən birini itirdik”.

Bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Əməkdar artist Aygün Bəylər haqqında danışarkən deyib.

"Aygün Bəylər bizi çox erkən tərk etdi. Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikir gəlir.

Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox. Aygünlə bağlı hər şey xatirədir. O heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmırdı. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində həyatı keçdi. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları var idi”.//Oxu.az