İdman 13:48 07.01.2023

Çeferin daha 4 il UEFA prezidenti olacaq

UEFA-nın 47-ci konqresində prezident seçkiləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, hazırkı prezident Aleksander Çeferin aprelin 5-də keçiriləcək seçkilərdə prezidentliyə yeganə namizəd olacaq. 

Qurumdan verilən məlumata görə aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 47-ci konqres zamanı keçiriləcək prezident seçkiləri üçün namizədlik prosesi başa çatıb. Bu da o anlama gəlir ki, seçkilərdə yeganə namizəd olduğu elan edilən Çeferin daha 4 il vəzifəsində qalacaq. 

Çeferin 2016-cı ildə UEFA prezidenti seçilib. 55 yaşlı sloveniyalı funksioner 2019-cu ildə keçirilən seçkilərdə növbəti dəfə prezident təyin edilib.
 
Çeferin qurumun 7-ci prezidentidir.

Səbuhi Həsənov