Azərbaycanda 3 min yazıçı var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.
O, bu müəlliflərin növbəti mərhələdə yazdıqlarına görə qonorar alacaqlarına inandığını bildirib.
Xalq yazıçısı həmçinin kitab sənayesinin problemlərinə də toxunub:
"Təəssüflər olsun ki, bu gün yazıçılarımız öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Amma zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq".
Şərhlər