"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva komandanı tərk etməyə hazırlaşdığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 29 yaşlı futbolçu Braziliya mətbuatına müsahibəsində karyerasını vətənində davam etdirmək niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində Braziliya klublarından təkliflər alsa da, həmin vaxt "Qarabağ" mövsümün sonuna qədər komandada qalmasını istəyib. Mateus Silva hazırda vəziyyətin dəyişdiyini və yeni çağırışa hazır olduğunu vurğulayıb.
"Azərbaycanda yaşadıqlarıma görə minnətdaram. Amma hiss edirəm ki, artıq yeni mərhələyə keçməyin vaxtıdır. Braziliyaya qayıtmaq məni çox cəlb edir. İndi öz ölkəmdə yeni bir çağırışa daha hazırlıqlı olduğumu düşünürəm", deyə futbolçu bildirib.
Onun karyerasını hansı Braziliya klubunda davam etdirəcəyi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Mateus Silva karyerası ərzində Braziliyanın "San Françisko", "Paysandu", "Bahya", Portuqaliyanın "Farense", "Moreyrense" və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klublarında çıxış edib. 29 yaşlı müdafiəçi 2023-cü ildən "Qarabağ"ın formasını geyinir.
Onu da qeyd edək ki, bundan əvvəl Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Toral Bayramov, Kevin Medina, Fabian Buntiç, Leandro Andrade və Amin Ramazanov "Qarabağ"dan ayrılıb.
Ağdam klubu Jali Muaddib ("Omoniya", Kipr), Zakaria Savo ("Yurqorden", İsveç), Samuel Lobato ("Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya”, İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas ("Pari Nijni Novqorod”, Rusiya), Bençe Varkonyi ("Zalaeqerseq”, Macarıstan) və Cebrail Makreçkisi ("Ferentsvaroş", Macarıstan) isə transfer edib.
Aydın
Şərhlər