Dünya 13:35 03.07.2022

"Dəmir yumruq" əməliyyatı keçirən polis şoka düşdü - Milyon dollarlıq evsiz

Türkiyədə dəmir-polad bazarında manipulyasiya edən şəxslərə qarşı "Dəmir yumruq" adlı əməliyyat keçirən polis əməkdaşları şirkət sahibi İbrahim D.-ni saxlamaq istəyərkən şoka düşüb. Onlar milyon dollarlıq şirkətin rəhbərinin küçədə səfalət içində yaşamasının şahidi olublar. 

Qaynarinfo xəbər verir ki, dəmir-polad bazarında manipulyasiya edən, qiymət sabitliyini pozan, sektordakı şirkətləri sıradan çıxaran, qurduqları saxta şirkət vasitəsilə 105 milyard lirə hesab-faktura ilə dövlətə 25 milyard lirə zərər vuran 3 fərqli cinayətkar qrupa qarşı əməliyyatən yeni detallar üzə çıxıb. İstintaq çərçivəsində aparılan araşdırmalarda onlarla boşalmış və batmış şirkət aşkar edilib.

Ankara Polisinin Maliyyə Cinayətləri ilə Mübarizə bölməsinin əməkdaşları kağız üzərində milyon dollarlıq şirkət sahibi İbrahim D.-ni saxlamaq üçün getdikləri Adanada şok düşüblər. Cırıq paltarda, səfalət içində, dişləri tökülmüş və küçədə yaşayan İbrahim D.-nin "milyon dollarlıq” şirkətin sahibi olduğuna heç kim inanmayıb. Lakin onun barəsində həbs-qətimkan tədbiri seçilib və saxlanılaraq polis idarəsinə aparılıb. Onunla bağlı həqiqətlər sonradan üzə çıxıb.

Məlum olub ki, ruhi xəstə olan bu şəxsin adına şirkət qurulub. Bu şirkət üzərindən 4 ayda 210 milyon lirə maliyyə əməliyyatı edilib, hesab-fakturalar verilib. Ruhi xəstə olan İbrahim D.-nin vasitəsilə milyon lirə qazanc əldə edilib. 

"Şirkət rəhbəri" saxlandığı salındığı kamerada qəribə davranışları ilə diqqət çəkib. Tək adamlıq kamerada ilan axtaran İbrahim D.-yə "Nə edirsən” sualı verilib. O isə "Balaca bir ilan var, onu axtarıram. Tutub, bişirib yeyəcəm" cavabını verib.

Polisin küçədə cırıq paltarda və səfalət içində aşkarladığı İbrahim D.-yə cinayət işinin düşüb-düşməməsini müəyyən etmək üçün detallı həkim müayinəsindən keçirilməsinə qərar verilib. Onun həmçinin əvvəllər narkotik maddə saxlamaq, qəsdən yaralama, pis rəftar, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayətlərə qarışdığı da məlum olub.

Aydın