Xəbər lenti

Di Kaprioya karyerasının əvvəlində adını dəyişmək təklif olunubmuş
Sənət 18:31 25.09.2025

Di Kaprioya karyerasının əvvəlində adını dəyişmək təklif olunubmuş

Hollivud aktyoru Leonardo Di Kaprio karyerasının ilk illərində agentlərinin ona adını dəyişməyi təklif etdiyini açıqlayıb. 

Qayanrinfo xəbər verir ki, "Titanik", "Aviator" və "Hyu Glassın əfsanəsi" kimi filmlərdəki rolları ilə tanınan aktyor bu barədə "New Heights" podkastında danışıb.

Di Kaprionun sözlərinə görə, agentlər onun adını "çox etnik" hesab edib və ona yeni səhnə adı seçməyi məsləhət görüblər.

"Agentim mənə dedi: "Sənin adın çox etnikdir. Səni işə götürməzlər. Yeni adın Lenni Uilyams olsun", deyə aktyor xatırlayıb.

O vaxt 12-13 yaşlarında olan Di Kaprio təəccüblənərək soruşub: "Kimdir bu Lenni Uilyams?". Agentlər isə onun ikinci adından yola çıxaraq bu təklifi irəli sürdüklərini bildiriblər.

Gənc aktyor daha sonra atasına öz fotosunun üzərində "Lenni Uilyams" adı yazılmış poster göstərib. Atası isə bu təklifi bəyənməyərək posteri cırıb.

Di Kaprio dünyaca məşhur aktyor olaraq öz həqiqi adını qoruyub saxlamağın doğru qərar olduğunu qeyd edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->