Xəbər lenti

“Dinamo”nun oyunçusu Rusiyanı dəstəkləyən klub üzərində qələbəni şərh etdi
Dünya 13:27 24.07.2024

“Dinamo”nun oyunçusu Rusiyanı dəstəkləyən klub üzərində qələbəni şərh etdi

Kiyev "Dinamo”sunun cinah oyunçusu Vladislav Kabayev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Serbiyanın "Partizan”ı üzərində qazanılan inamlı qələbəsini (6:2) şərh edib.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

Qol və ötürmə müəllifi qeyd edib ki, ağ-göylər ruslarla dost olan və bu yay Moskvada yoldaşlıq oyunları keçirən komandanı kökündən məğlub etmək istəyirdilər.
"Final fitindən dərhal sonra emosiyalar səngidi. Biz bu oyuna hazırlaşırdıq, başa düşürdük ki, kimə qarşı oynayırıq, bu ölkə və bu klub Ukraynadakı müharibəni dəstəkləyir.

Düşünürəm ki, azarkeşlər həm stadionda, həm də televiziya ekranları qarşısında bizim meydana hansı emosiyalarla girdiyimizi gördülər. Üç-dörd qol vurduqdan sonra da dayanmadıq, təzyiq göstərdik, bütün azarkeşlərə, bütün hərbçilərimizə az da olsa müsbət emosiya bəxş etmək istədik.

Yaxşı təlim-məşq toplanışı keçirdik, üstəlik yaxşı qıcıqlandırıcı - Serbiya komandası. Özüm üçün deyim ki, meydana çox qəzəbli çıxdım. Kimin qol vuracağının fərqi yox idi, çünki bizim vəzifəmiz nəyin bahasına olursa-olsun qalib gəlməkdi.

Hələ heç top buraxmasaydıq, ümumiyyətlə əla olardı, amma belədə də nəyin üzərində işləyəcəyimizi bilirik”, - "Dinamo”nun mətbuat xidməti Kabayevdən sitat gətirir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->