Xəbər lenti

Donan smartfonlar:  Güncəlləmə, yoxsa planlı köhnəlmə?
Texnologiya 23:20 23.02.2026

Donan smartfonlar: Güncəlləmə, yoxsa planlı köhnəlmə?

Bir zamanlar problemsiz işləyən smartfonlar, indi ik il keçməmiş yavaşlayır. Şikayət saytları "güncəlləmə sonrası telefon donur” mesajları ilə doludur. 

Bəs minlərlə manat verdiyimiz cihazlar niyə sürətlə işləməsini itirir?

Sürətin zəifləməsinə səbəb aparat təminatıdır.

Qaynarinfo xəbər verir ki, Marmara Universitetinin müəllimi Prof. Dr. Ali Murat Kırık bildirir ki, smartfonların iki il içində yavaşlamasının əsas səbəbi aparat təminatı deyil, proqram təminatıdır:

"Yeni güncəlləmələr daha çox xüsusiyyət və arxa plan əməliyyatları gətirir. Bu, prosessor, RAM və yaddaş üzərində əlavə yük yaradır. Daha əvvəl anında açılan proqramlar gec açılır, ekran keçidləri donur.”

Eyni zamanda, batareyanın zamanla köhnəlməsi prosessor performansını azaldır və cihazın ümumi sürətinə təsir göstərir. Kırık bu vəziyyəti "Planlı Köhnəlmə” strategiyası ilə izah edir: istehsalçılar, yeni model istehsalını davam etdirmək üçün cihazların sürətini yavaşladan proqram təminatı tətbiq edirlər.

Telefonu bu yollarla qorumaq olur:

Güncəlləmələrdə diqqətli olun

Vacib güncəlləmələri yükləməmişdən əvvəl bir həftə gözləyin və istifadəçi rəylərini oxuyun.
Təhlükəsizlik güncəlləmələrini mütləq edin, bunlar cihazı yavaşlatmır.
Proqram güncəlləmələrini gecikdirməyin.
Yaddaşda həmişə 15–20% boş yer saxlayın.

Yedəkləmə və təmizləmə

Batareyanın işləmə gücü 80%-dən aşağı düşdükdə prosessor performansı azalır. Batareyanı dəyişdirmək cihazın sürətini artırır.
Sistem artırmaq təmizləmək üçün telefonu zavod ayarlarına qaytarın. Yedəklərinizi alın və cihazı sıfırlayın.
Yaddaş dolduqda güncəlləmənin sürəti düşür; lazımsız faylları buluda (Cloud)a köçürün.

Arxa plan proqramlarını idarə edin

Arxa planda çalışan xidmətlər RAM-ı məşğul edir, bu da klavyatura və proqramların yavaşlamasına səbəb olur.
Əsas ekranda davamlı yenilənən hava xəbərdarlığı  kimi vidjetləri azaldın.
Klavyaturada donma müşahidə olunursa, keşi və məlumatlarını sıfırlayın.

Doğru tədbirlərlə smartfonunuzun ömrünü uzatmaq mümkündür və yeni telefon almağa məcbur deyilsiniz.
 
Günay


--> -->