Xəbər lenti

Əməliyyat olunan Konte son durumundan danışdı
İdman 13:40 02.02.2023

Əməliyyat olunan Konte son durumundan danışdı

"Tottenhem"in baş məşqçisi Antonio Konte xəstəxanalıq olub.

Qaynarinfo xəbər verir ki, mütəxəsis qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib, daha sonra öd kisəsindən əməliyyat olunub. Klubdan verilən açıqlamada 53 yaşlı məşqçinin öd kisəsinin əməliyyatla çıxarıldığı və bir müddət istirahət edəcəyi bildirilib.

"Instagram"da səhhəti ilə bağlı məlumat verən italiyalı məşqçi "Sevgi dolu mesajlarınız üçün təşəkkür edirəm. Əməliyyat yaxşı keçdi. Artıq özümü daha yaxşı hiss edirəm. İndi sağalmaq vaxtıdır. Meydana qayıtmaq üçün səbirsizlənirəm”, deyib.

Qeyd edək ki, fevralın 5-i "Tottenhem” doğma meydanda "Mançester Siti”ni qəbul edəcək. Bu görüşdə baş məşqçi səlahiyyətlərini Kontenin köməkçisi Kristian Stellininin yerinə yetirəcəyi gözlənilir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->