Maqazin 17:00 07.08.2022

Emin Ağalarovdan həyat yoldaşına doğum günü təbriki (FOTO)

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, o qızı və həyat yoldaşı ilə çəkdirdiyi fotonu paylaşaraq onu doğum günü münasibəti ilə təbrik edib.

Emin paylaşımına "Doğum günün mübarək, mənim məhəbbətim" sözlərini əlavə edib.

Cütlüyün sevgi münasibətləri 2016-cı ildə başlasa da onların toyu iki il sonra baş tutub. 
 
Tezliklə Emin və Alyonanın Afina adlı qız dünyaya gəlib.
 
Qeyd edək ki, 2020-ci ilin yazında Emin Ağalarov sosial şəbəkələrdə Qavrilova ilə yollarını ayırdığını elan edib. Daha sonra isə Emin müsahibələrin birində Alyona ilə barışdığını və onunla yenidən bir arada olduğunu açıqlayıb.