Xəbər lenti

Estoniya Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu
Dünya 13:03 24.07.2025

Estoniya Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu

Estoniya Belarus prezidenti Aleksandr Lukaşenko və daha 272 Belarus vətəndaşının ölkəyə girişinə daimi qadağa qoyub. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Estoniyanın xarici işlər naziri Maqnus Tsaxna bu qərarı şərh edib: "Sanksiyaların tətbiqindən sonra təxminən beş il ərzində Belarusda heç bir müsbət dəyişiklik baş verməyib".

Qərarın təşəbbüskarı Maqnus Tsaxna özü olub.

Fevralın 17-də Polşa, Estoniya, Latviya və Litvanın Müdafiə nazirlikləri Belarusla sərhəddə minaların çıxarılmasını təklif ediblər. Fevralın 24-də Lukaşenko Estoniyanı dialoq üçün "süni yaradılmış” maneələri dəf etməyə çağırıb.

Belarus lideri birgə səylərin dövlətlərin firavanlığı üçün məhdudiyyətləri aradan qaldırmağa kömək edəcəyinə əminliyini ifadə edib və əcdadlardan miras qalmış tarixi irsi qoruyub saxlamağa və onlara hörmət etməyə çağırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->