Xəbər lenti

FİDE üç şahmatçımıza beynəlxalq dərəcə verdi
İdman12:16 16.05.2022

FİDE üç şahmatçımıza beynəlxalq dərəcə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.
Azərbaycan Şahmat Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.
FİDE eyni zamanda Məhəmməd Muradlını da beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.
Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşdü.
Səbuhi Həsənov