Sənət 10:39 25.03.2022

Filarmoniyada mart ayında hansı tədbirlər var?

Azərbaycan Dövlət Akademik Filarmoniyası mart ayı üçün tədbirlər planını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, tədbirlər planına əsasən martın 2-də Filarmoniyada "Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert təşkil ediləcək. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev) çıxış edəcək.

Tədbirlər planına uyğun olaraq ay ərzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ( Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev), Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev) konsertləri olacaq.

Həmçinin Akademik Filarmoniyada Novruz bayramı və "Yeni adlar” layihəsi çərçivəsində konsertlər təqdim olunacaq.

Filarmoniyanın Kamera və Orqan Musiqisi zalında da mart ayında bir-birindən rəngarəng tədbirlər keçiriləcək. Belə ki, 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Barokko musiqisi axşamı, qadın bəstəkarların kamera-instrumental və vokal əsərlərindən ibarət konsert, "Gənclərə dəstək” layihəsi çərçivəsində "Bahar müjdəsi” adlı musiqili gecə bu qəbildən olan tədbirlərdəndir.