İdman 09:00 11.06.2022

Futbol dünyasının məşhur qumarbazları - Hobbi, yoxsa qazanc?

Qumar, qazanmaq ümidi ilə şansların üzünə gülməsini gözləməkdir. Təbii ki, idman hadisələri ilə də eynidir. İdmançılar müəyyən bir nəticə ilə maraqlanmağın nə qədər əyləncəli olduğunu anlayırlar. Müəyyən şəraitdə slot maşınının çarxlarını fırlatmaq və ya pullu stolüstü oyunlar oynamaq sadəcə həzz almaq üçündür. Futbol isə hər şeyə şans vermək, hədəflərə çatmaq və qalib gəlməkdən ibarətdir. Belədə futbolçuların mərc etməkdən həzz alması da təəccüblü deyil.

Bu siyahımızda sizi qumarı sevən futbolçularla tanış edəcəyik. Bəlkə də aranızda bunlardan xəbəri olanlar var. Amma xəbəri olmayanlara xatırladaq ki, məşhur futbolçuların bəziləri elə eyni dərəcədə qumarbaz kimi tanınır.

Mario Balotelli
 
 

İtalyan hücumçu təkcə fantastik oyunçu deyil, həm də tanınmış qumarbazdır. O, qumarda da böyük uğur qazanıb. Mançesterdə rulet masasında yaxşı vaxt keçirən Mario 2011-ci ildə 25.000 funt-sterlinqlik böyük bir uduş əldə edib. Həmin gecə zəngin olan yeganə insan Mario deyildi. Belə ki, o, dilerlərə ödədiyi yüksək məbləğlə yanaşı, kazinodan kənarda, evsiz bir adama da pul təklif etmişdi.

Neymar
 


Adətən futbolçular və qolfçular qumar həvəskarları olur. Neymar da onlardan biridir. O, dünyanın ən yaxşı hücumçularından biri kimi qəbul edilir və bacarıqları yüksək qiymətləndirilir. Neymar, Kristiano Ronaldo və Cerard Pike ilə tez-tez qumar oynamaq üçün üçün bir araya gəlir. O, onlayn şəkildə qumar oynamağı da sevir. Bu braziliyalı futbolçu üçün əyləncə xarakterlidir və o, vaxtaşırı turnirlərdə yarışır.

Kristiano Ronaldo
 


Portuqaliyalı haqqında eşitməyən bir futbol azarkeşi tapmaq mümkünsüzdür. Onun böyük nailiyyətlərinə yüzlərlə qol və saysız-hesabsız mükafatlar daxildir. Onun şöhrəti məşhurlarla münasibətlərindən də qaynaqlanır. Bununla yanaşı hücumçu poker fəaliyyəti ilə də məşhurdur. O, tez-tez dünyanın müxtəlif yerlərində kazinolara baş çəkir. Ancaq idmandakı nailiyyətlərini nəzərə alsaq, hiss edərik ki, qumar onun üçün sadəcə, bir hobbidir.

Zlatan İbrahimoviç
 


Atası bosniyalı olan futbolçunu bu qədər uğurlu edən cəhətlərdən biri də onun əməksevərliliyidir. Eyni zamanda İbrahimoviç qumar sənayesi ilə bağlı dərin biliklərə malikdir. Zlatan fantastik futbolçudur, lakin real pulla oynanılan idman qumarında da üstündür. Bu, onun qumar sənayesindəki işinə yaxşı bələd olduğunu göstərir. Hücumçunun Maltada onlayn kazinolarının birin paya sahib olduğunu bilirdiniz?

Dieqo Maradona
 


Dieqonun artıq aramızda olmaması dəhşətli faktdır. Bununla belə, onun futboldakı uğurları, eləcə də digər göstəriciləri əfsanədir və hər zaman xatırlanacaq. Təəssüf ki, Maradonanın alkoqol və narkotik asılılığı vardı. O, eyni zamanda əla kart və rulet oyunçusu idi və Buenos-Ayresdə qanunsuz kazino da işlədirdi. 

Ceyms Maddison
 


Ceymsin siyahıdakı digər oyunçulardan daha az tanındığını iddia edə bilərsiniz. Ola bilsin ki, "Lester"in yarımmüdafiəçisi kimi Premyer Liqada elə də böyük nailiyyətlər qazanmadığı üçün belədir. Bununla belə, o, yerli Lester kazinolarında görünüb. Ancaq Maddisonun bu fəaliyyəti ilə bağlı bağlı hər hansı problemi olduğuna dair heç bir sübut yoxdur.

Səbuhi Həsənov