Dövlət Gömrük Komitəsi tərəfindən 9500-dən çox kahı hərraca çıxarılacaq.
Valyuta.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsi, təkrar gömrük hərracına gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlətin mülkiyyətinə keçirilmiş malların açıq gömrük hərracını elan edir.
Məlumata əsasən, hərracda bir ədədi 70 qəpik olmaqla toplam dəyəri 6783.7 manat olan 9691 ədəd kahı satışa çıxarılacaq.
Hərrac 19 mart 2025-ci il tarixində saat 14:00-da Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar ssesi 27 ünvanında keçiriləcəkdir.
Hərracda iştirak haqqı 33.92 manat, behin məbləği isə 339.185 manat təşkil edir.
Mallar "Azərterminalkompleks" Birliyinin Astara şəhərində yerləşən dayanacağındadır.
Şərhlər