Dünya 11:18 08.06.2022

Güclü leysan Ankaranın küçələrini selə verdi - Paytaxtdan kadrlar (VİDEO)

Güclü leysan nəticəsində Ankarada küçələri su basıb və şəhərin bəzi yerlərində nəqliyyatın hərəkəti iflic olub.

Qaynarinfo bu barədə TRT-yə istinadən məlumat verir.

Drenaj sistemi güclü yağış axınının öhdəsindən gələ bilməyib. Nəticədə çoxlu avtomobil Türkiyə paytaxtının küçələrində su altında qalıb.

Bəzi vətəndaşlar sinəsinə qədər suya qərq olub, maşınlar şəhərin küçələrində sel içində üzüb.

Bələdiyyə rəhbərliyi ən çətin ərazilərə xilasedicilər və həkimlərdən ibarət qruplar göndərib. Küçələrin təmizlənməsi işlərinə də başlanılıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
 
Alpər