Xəbər lenti

Hacıbala Abutalıbov iranlı mollalara: "Şeytanı mələyə çevirin" (VİDEO)
Ölkə10:18 16.12.2019

Hacıbala Abutalıbov iranlı mollalara: "Şeytanı mələyə çevirin" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun maraqlı videosu yayılıb.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Hacıbala Abutalıbov videoda bir neçə ərəblə söhbət edir.O, bildirir ki, şeytanı doğru yola gətirmək lazımdır:
"Mən deyirəm ki, gəlin şeytanı qovmayaq. Şeytanı qovanda gedib, başqasının mələyinin yerində oturar. Gəlin, şeytanı mələyə çevirək və şeytanların sayını azaldaq. İldə 5 milyon adam Kəbəyə gedib, daşı atır ki, şeytanı qovuram. Mən onlara deyirəm ki, 5 milyon adam Kəbəyə gedirsiz. 5 dənə şeytanı mələyə çevirək, bəsdir. Bundan sonra şeytan qutardı. Əmin olun ki, ən azı bir şeytanı özüm mələk edəcəm".