Xəbər lenti

İdman 12:31 16.03.2023

İbrahimoviç millimizlə oyuna niyə çağırılıb? - Baş məşqçi açıqladı

Millimizin AVRO-2024-dün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İsveç yığması heyətini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, heyətə dəvət alanlar arasında təcrübəli futbolçu Zlatan İbrahimoviç də yer alıb. "Milan"ın illərə meydan oxuyan 41 yaşlı hücumçusunun millimizlə oyunlarda meydana çıxacağı gözlənilir. 

Komandanın baş məşqçisi Janne Anderson İbrahimoviçin milliyə dəvət alması ilə bağlı açıqlama verib: "Zədəsi olanda onunla vaxtaşırı əlaqə saxlayırdıq. Hazır olduğunu və meydanda öz töhfəsini verə biləcəyini düşünür. Onun xarakterinə və liderlik qabiliyyətinə meydandan kənarda da ehtiyacımız var. Onu heyətə çağırmağımın da səbəbi budur. Faydalı ola bilməyəcəyini düşünsəydim çağırmazdım".

Zlatan İbrahimoviç bu mövsüm "Milan"ın heyətində 3 rəsmi matçda ümumilikdə 68 dəqiqə meydanda olub. Ötən ilin martında Polşa millisinə 0:2 hesablı məğlubiyyətdən sonra İbrahimoviçin yığma karyerasını bitirəcəyi gözlənilirdi.
 
Qeyd edək ki, İsveç millisi martın 24-də Belçika, üç gün sonra Azərbaycan millisini qəbul edəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->