Xəbər lenti

İbrahimoviçin oğlu Avropanın top klublarından biri ilə müqavilə imzaladı
İdman 16:32 18.07.2024

İbrahimoviçin oğlu Avropanın top klublarından biri ilə müqavilə imzaladı

Məşhur isveçli eks-futbolçu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç İtaliyanın "Milan" klubu ilə peşəkar müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

17 yaşlı Maksimilian hücumçu mövqeyində çıxış edir və Serie C-də "Rossoneri"nin keçmiş müdafiəçisi Daniele Bonerinin baş məşqçisi olduğu "Milan"ın əvəzedici komandasında çıxış edəcək.

Kiçik İbrahimoviç 2022-ci ildə İsveçin "Hammarbü” klubundan Milana keçib. 

Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"ın idman direktoru vəzifəsində çalışır.

İsveçlinin karyerasında son klub "Milan" olub. O, həmçinin "Malmö”, "Ayaks”, "Yuventus”, "İnter”, "Barselona”, "PSJ”, "Mançester Yunayted” və "Los Anceles Qalaksi” klublarında da çıxış edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->