Xəbər lenti

İcra Hakimiyyəti bu şirkətə 333 min manat ödəyəcək
Ekonomiks 14:06 05.12.2025

İcra Hakimiyyəti bu şirkətə 333 min manat ödəyəcək

Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan rayonunun küçələrində yolların əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Proress İnşaat EN" MMC seçilib. Bununla da şirkət cari ildə 6-cı tenderini qazanıb. 

Təmir işlərinə görə İcra Hakimiyyəti "Proress İnşaat EN" MMC-yə 333 308,65 manat ödəyəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyesyr məlumatlarında göstərilir ki, "Proqress İnşaat EN" MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşən şirkətin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur. 

Açıq mənbələrdə Kamran Abuzərov haqqında heç bir məlumata rast gəlinmir. Ondan əvvəl şirkətə İslamov Nazim Əli oğlu rəhbərlik edib. Ümumiyyətlə, şirkət yarandığı 4 il ərzində rəhbərlikdə 3 dəfə dəyişiklik edib.

"Proress İnşaat EN" MMC oktyabr, sentyabr, avqust və dekabr aylarında 1, noyabrda isə 2 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri ümumilikdə 5 495 159,25 manat təşkil edir. 

Bütün tenderlər abadlıq və təmir işlərinin satın alınması üçün keçirilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->