Xəbər lenti

İki qadına təcavüzdə ittiham edilən məşqçi millidən istefa verdi
İdman 17:34 21.06.2022

İki qadına təcavüzdə ittiham edilən məşqçi millidən istefa verdi

İki qadına təcavüz etməkdə ittiham olunan Rayan Giqqz Uels millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

Qaynarinfo xəbər verir ki, bu haqda Uels Futbol Assosasiyası məlumat yayıb. 48 yaşlı məşqçi açıqlamasında milli komandanın DÇ-2022-yə hazırlıqları zamanı məhkəmə məsələlərindən təsirlənməsini istəmədiyini bu səbəbdən 2018-ci ildən başladığı işi tərk etdiyini bildirib.

Giqqz 2020-ci ilin noyabrında İngiltərənin Mançester şəhərində keçmiş sevgilisi Keyt Qrevilə xəsarət yetirməkdə və bacısı Emma Qrevilə qarşı zorakılıq etməkdə ittiham olunur. 

Giqqsin köməkçisi Robert Peyc 2020-ci il noyabrın 3-dən müvəqqəti olaraq Uels Milli Komandasının baş məşqçisidir.

1990-2014-cü illərdə çıxış etdiyi "Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Giqqz Uels Millisinin formasını 64 dəfə geyinib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->