Xəbər lenti

Dünya 12:45 02.08.2022

Kaliforniya meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi - LGBTQ-yə dəstək

Kaliforniya qubernatoru Gevin Nyusom meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə AP məlumat verib.

O, dövlətin "daha çox peyvənd təmin etmək, risklərin azaldılması ilə bağlı məlumatlılığı artırmaq və stiqma ilə mübarizədə LGBTQ icmasını dəstəkləmək üçün federal hökumətlə işləməyə davam edəcək", - deyib. 

Nyusom bildirib ki, fövqəladə vəziyyət dövlətə ümummilli reaksiyanı əlaqələndirməyə kömək edəcək. İndiyədək Kaliforniya 61.000-dən çox vaksini qəbul edib və 25.000-dən çox doza paylayıb.

Bundan əvvəl Nyu York ştatında və San-Fransisko şəhərində meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilmişdi. Bu günə qədər ABŞ-da 5000-dən çox meymunçiçəyi hadisəsi təsdiqlənib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->