Xəbər lenti

Karlsen dünya titulu uğrunda rusiyalıyla görüşdən imtina etdi
İdman 17:41 20.07.2022

Karlsen dünya titulu uğrunda rusiyalıyla görüşdən imtina etdi

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen dünya titulu uğrunda rusiyalı Yan Nepomnyaşiyə qarşı görüşdən imtina edib. Səbəb kimi "motivasiyanın olmaması”nı qeyd edib. Daha əvvəl Karlsen bildirmişdi ki, Namizədlər turnirini fransız Alireza Firuca qazanmazsa, titulunu qorumaqdan imtina edəcək.

Qaynarinfo bu barədə Rusiya mediasına istinadla xəbər verir.

Bununla belə, Madriddəki Namizədlər turnirini Nepomnyaşi qazandı və bu, ona dünya çempionu adı uğrunda görüşə qatılmaq hüququ verdi. İndi reqlamentə əsasən, Nepomnyaşi Madriddə ikinci yeri tutan şahmatçı çinli Dinq Lirenlə oynamalı olacaq.

Xatırladaq ki, ötən ilin dekabrında şahmat üzrə dünya çempionatında 11 partiyadan sonra Karlsen Nepomnyaşini məğlub edərək titulunu vaxtından əvvəl qoruyub. Karlsen rusiyalıya qarşı son dörd partiyada qalib gəlib, ilk beşi isə heç-heçə başa çatıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->