Dünya 10:35 10.03.2023

Kino Akademiyası yenə də Zelenskiyə Oskar mərasimində çıxış etməyə icazə vermədi

Kino Sənətləri və Elmləri Akademiyası Ukrayna prezidenti Vladimir Zelenskiyə ardıcıl ikinci dəfə Oskar mərasimində çıxış etmək imkanından məhrum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Variety jurnalı mənbələrə istinadən yazır. Nəşrin həmsöhbətinin sözlərinə görə, Hollivud agentliyinin aktyorlarla işləmək üzrə nümayəndəsi Uilyam Morris Endeavor (WME) Mayk Simpson Zelenskiyə videomüraciət üçün vaxt vermək xahişi ilə kino akademiyasına müraciət etsə də, ona rədd cavabı verilib. İmtina səbəbləri göstərilmir.

Martın 13-də 95-ci Akademiya Mükafatları təqdim olunacaq.

Xatırladaq ki, ötən il də Ukrayna liderinin Oskar mərasimində çıxışına icazə verilməyib. Sonra təşkilatçılar ümumi qərara gələ bilməyiblər ki, Zelenskiyə söz verilməlidirmi və mükafat siyasətə qarışmalıdırmı. Variety-nin aydınlaşdırdığı kimi, mükafatın prodüseri Uill Paker Ukrayna prezidentinin çıxışından imtina edərək, "Hollivud Ukraynaya yalnız ona görə diqqət yetirir ki, zərərçəkən tərəf ağdır” deyib. Onun sözlərinə görə, Hollivud bütün dünyada baş verən hərbi münaqişələr ağ olmayan insanlara təsir etdiyi zaman onlara məhəl qoymur.

Alpər