“Kontakt”dan “Autizm Günü”nə möhtəşəm videoçarx və dəstək aksiyası (VİDEO)
"Kontakt” mağazalar şəbəkəsi "Autizm Məlumatlandırma Günü” ərəfəsində autizmli şəxslərə diqqət çəkmək, onların inkişafına dəstək olmaq məqsədilə yeni xeyriyyə aksiyasına başlayıb. Aksiya çərçivəsində bütün "Kontakt Home” mağazalarının kassa bölməsində xüsusi ianə qutuları yerləşdirilib. Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam" İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi”nin balansına köçürüləcək.
Daha çox insanı bu xeyriyyə layihəsinə cəlb etmək, eyni zamanda cəmiyyətə daha çox fayda vermək məqsədilə, məhz aprel ayında yığılacaq toplam ianə məbləğini "Kontakt” iki qat artırmağı öz öhdəliyinə götürür. Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, "Kontakt” Autizm Mərkəzinə 10 000 manat köçürəcək.
Autizm xəstəlik yox, sadəcə fərqlilikdir. Fərqliliklərin fərqinə birgə varmaq üçün siz də şəbəkənin istənilən mağazasına yaxınlaşaraq xüsusi qutulara ianə dəstəyinizi göstərə, autizmə "Kontakt" ilə birgə mavi işıq yandıra bilərsiniz.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən "Kontakt” eyni zamanda autizmə fərqli yanaşmanı özündə ehtiva edən videoçarx ərsəyə gətirib və sosial şəbəkələrdə izləyicilərin diqqətinə təqdim edib.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan videoçarxa aşağıdakı linkə keçid etməklə siz də nəzər sala bilərsiniz:
Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan "Kontakt” hazırda "Dyson”, "Electrolux”, "WAHL”, "Toshiba”, "Black&Decker”, "Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, "Samsung”, "LG”, "Bosch”, "Huawei”, "Realme”, "Sony”, "Panasonic”, "BQ”, "Sonorous”, "Elari”, "Thomas”, "Beurer”, "Karcher”, "H Gala”, "Cassore”, "Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, "Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər