Xəbər lenti

Konte işləmək istədiyi klubların adını açıqladı
İdman 12:26 17.10.2023

Konte işləmək istədiyi klubların adını açıqladı

Bir müddətdir işsiz olan təcrübəli məşqçi Antonio Konte gələcək karyerası ilə bağlı açıqlamalar verib.
 
Qaynarinfo-nun məlumatına görə, italiyalı mütəxəssis uzun müddət çalışdırmaq istədiyi komandaların adlarını açıqlayıb. 

O, açıqlamasında "Ən çox peşman olduğum şey "Yuventus"dan ayrılmaq oldu. Cəmi üç il işləyib vidalaşdım. Gələcəkdən danışsaq, Ərəbistandan gələn təkliflərə yox dedim. Deyə bilərəm ki, "Napoli" və "Roma" istədiyim iki klubdur. Ümid edirəm, bir gün bu fürsəti əldə edəcəm" - deyib.

Təcrübəli italiyalı sonuncu dəfə "Tottenhem”də çalışıb. Konte 2021-ci ildə İtaliya A Seriyasında "İnter"i çempion etməklə son kubokunu qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->