Bu yaxınlarda "Tottenhem"dən ayrılan Antonio Konte ardıcıl uğursuzluqlara son vermək üçün maraqlı üsula əl atıbmış.
Qaynarinfo xəbər verir ki, "Tottenhem”in Direktorlar Şurası və oyunçularına qarşı sərt açıqlamalarından sonra qovulan italyan baş məşqçi ilə bağlı məyusluğunun əks-sədaları davam edir.
"Corriere dello Sport"da yer alan xəbərə görə, komandasının pis çıxışlarından sonra futbolçuların daha çox məsuliyyət daşımasını istəyən mütəxəssis misli görünməmiş bir üsuldan yararlanıb. Xəbərə görə, Konte komandasının yanvar ayında "Aston Villa", "Arsenal" və "Mançester Siti" də daxil olmaqla ardıcıl 5 oyunluq uğursuzluqlardan sonra oyunçuları həvəsləndirmək üçün inanılmaz addım atıb. 53 yaşlı mütəxəssisin yeni ilin ilk günlərində futbolçuları patardəyişmə otağında saxladığı bildirilib. Futbolçuları otağa "həbs edən", sonra isə qapını bağlayıb çıxıb gedən Konte onları uğursuzluğun səbəbini haqda düşünməyə sövq edib.
"Tottenhem"in futbolçuları hücum üslubu tələb etsələr də baş məşqçinin müdafiəyə meyilli oynamasından narazılıq bildirirdi.
Səbuhi Həsənov
Şərhlər