İdman 14:08 21.09.2023

"Kopenhagen"in qapıçısının həyat yoldaşını hədələdilər (FOTO)

Çempionlar Liqasında ötən gün Türkiyədə "Qalatasaray"la qarşılaşan "Kopenhagen"in qapıçısı Kamil Qrabaranın həyat yoldaşı Dominika Robak hədə mesajları alıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Qarabaranın oyunöncəsi verdiyi açıqlamalar olub. polşalı əlcək sahibi oyunöncəsi mətbuat konfransında "Fənərbağça"nın azarkeşlərinin daha yaxşı olduğunu eşitmişəm" - sözlərini söyləmişdi. Oyundan sonra isə o, "Bu zibil çuxurundan üç xalla ayrılmağı haqq etmişdik, amma həyat belədir! Davam edəcəyik" - sözləri yazılmış paylaşım edib. 

Qrabaranın sözləri "Qalatasaray" azarkeşlərinin xoşuna gəlməyib və istər sosial şəbəkələrdə, istərsə də digər yollarla sərt reaksiyalarını bildirib. Qapıçının həyat yoldaşı isə aldığı hədə və təhqir mesajlarını paylaşaraq, "Necə bir dünyada yaşayırıq?" - sözlərini yazıb. 
 


Səbuhi Həsənov