Xəbər lenti

Dünya 17:42 05.09.2023

Kosovo lideri Serbiyanı Balkanlarda sabitliyi pozmaqda ittiham etdi

Kosovo prezidenti Vjosa Osmani Serbiyanı Rusiyanın 2014-cü ildə Ukraynaya qarşı hərəkətinə bənzər şəkildə Qərbi Balkanlarda sabitliyi pozmağa çalışmaqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu” Balkan Xidməti məlumat yayıb.

Sentyabrın 4-də Albaniyanın paytaxtı Tiranada səfəri zamanı çıxış edən Osmani Rusiyanın dəstəklədiyi separatçıların Ukrayna qüvvələri ilə vuruşduğu Donbasdakı münaqişəni və Ukraynanın Krımın ilhaqını Serbiyanın hazırda regionun problemli bölgələrində gördüyü tədbirlər üçün təlimat adlandırıb.

"Putinin 2014-cü ildə Ukraynaya qarşı həyata keçirdiyi plana uyğun olaraq Vuçiç və Serbiya bütün Qərbi Balkanlarda sabitliyi pozmağı və regionumuzun sabitliyini pozmaqla Aİ və NATO-nun dəyər sisteminə hücum etməyi hədəfləyirlər”, - Osmani deyib.

Osmani iddialarını dəstəkləyəcək heç bir sübut təqdim etməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->