Xəbər lenti

Maldiv adaları kimi, amma daha ucuz: Avropada 4 məşhur kurort
Dünya 23:19 27.09.2025

Maldiv adaları kimi, amma daha ucuz: Avropada 4 məşhur kurort

Maldiv adaları çoxlarının xəyal etdiyi istirahət məkanıdır, lakin qiymətlər və uzaqlıq səbəbindən hər kəs üçün əlçatan deyil. Buna baxmayaraq, Avropada daha yaxın və münasib alternativlər mövcuddur.

Qaynarinfo xəbər verir ki, "Travel Republic"in məlumatına görə, Maldiv adalarında bir həftəlik səyahət orta hesabla 2270 ABŞ dollarına başa gəlir. Mövsümün zirvəsində isə "hər şey daxil" sistemi ilə beşulduzlu oteldə qalmaq 8500 dollardan baha ola bilər.

Avropada isə oxşar mənzərələrə malik daha əlçatan kurortlar var:

1. Korfu (Yunanıstan) - Ada təmiz çimərlikləri, gözəl havası və mavi suları ilə seçilir. Burada bir həftəlik istirahət mövsümdənkənar dövrdə təxminən 670 dollara başa gəlir. Turizm meneceri Klarissa Kappelleti deyib: "Korfu həm təbiət gözəlliyini, həm də mədəni zənginliyi özündə birləşdirir və Maldivlərə münasib qiymətli alternativdir".

2. Albaniya - "Avropanın Maldivləri" adlanan Albaniya ağ qumlu çimərlikləri və münasib qiymətləri ilə fərqlənir. Burada ucuz restoranda yemək orta hesabla 11, kapuçino isə 2 dollara başa gəlir.

3. Krit (Yunanıstan) - Bu ada da gözəl çimərlikləri ilə məşhurdur. Ən tanınmış yerlərdən biri Elafonisi çimərliyidir. Buradakı unikal çəhrayı qum dəniz canlılarının qırmızı piqmentli qabıqlarından yaranır. Kritdə bir həftəlik istirahət təxminən 950 dollara başa gələ bilər.

4. Malta - Mədəniyyəti və tarixi ilə seçilən Malta hər il milyonlarla turist cəlb edir. Burada da kristal kimi təmiz dəniz və gözəl çimərliklər Maldivlərdən daha aşağı qiymətə təqdim olunur. Bir həftəlik səfər 950 dollardan başlayır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->